"Sputnik Ermənistan" radiosunun yayımına qoyulan qadağa qaldırıldı
Televiziya və Radio Komissiyası "Tospa" şirkətinin fəaliyyətini bərpa etmək qərarına gəlib.
Redaktor.az bu barədə erməni mediasına istinadən xəbər verir.
“Sputnik Ermənistan” radiosu yanvarın 25-dən Ermənistan ərazisində yayımını bərpa edəcək:
“Biz hesab edirdik ki, yayımın bərpası üçün minimum tələblər yerinə yetirilib... Rusiya tərəfi təəssüflənir, Tospa tərəfindən qınaq var”, - deyə komissiyanın rəhbəri Tiqran Akopyan bildirib.
Qeyd edək ki, 2023-cü il dekabrın sonunda Ermənistanın Televiziya və Radio Komissiyası “Sputnik Ermənistan” radiosunun retranslyatoru olan “Tospa” radiostansiyasının fəaliyyətini 30 gün müddətinə dayandırmışdı.
NƏRGİZ