"Amerika xalqı sonsuz müharibələrdən yorulub" - Demokratlar qəzəbləndi
ABŞ-da demokratlar prezident Co Baydeni Yəməndə husilərə qarşı qanunsuz hücumlarda ittiham ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Demokratlar Partiyasının və ABŞ Nümayəndələr Palatasının üzvü Pramila Cayapal ABŞ-ın Yəməndə husilərə qarşı hücumlarının “məqbul olmayan konstitusiya pozuntusu” olduğunu bildirib.
Prezidentin digər partiya üzvləri Kori Buş və Rəşidə Tlaib də administrasiyanı tənqid ediblər: “Xalq vergilərinin böyük hissəsinin başqa müharibəyə getməsini istəmir, çünki Amerika xalqı artıq “sonsuz müharibələrdən yorulub”.
NƏRGİZ