"Yeni müttəfiqlər tapmalıyıq" - Mirzoyan

 17:47 23.01.2024     250

Ermənistan yeni müttəfiqlər tapmağa çalışmalıdır.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, ölkənin təhlükəsizlik problemlərini həll etməli olması ilə bağlıdır.

Nazir bildirib ki, Ermənistan müttəfiq mexanizmlərinin ümidləri doğrultmadığı vəziyyətlə üzləşib.