İsrail İranın istifadə etdiyi "Hizbullah"ın obyektinə zərbə ENDİRDİ

 20:45 23.01.2024     205

İsrail Hərbi Hava Qüvvələri Livandakı Hizbullah-ın hədəflərinə yeni zərbələr endirib. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, ordunun mətbuat xidməti bildirir ki, bu obyektlərdən biri İran qüvvələri tərəfindən idarə olunub.

"Bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livandakı terrorçu hədəflərə, o cümlədən Hizbullah-ın istifadə etdiyi və İran qüvvələri tərəfindən idarə olunan hərbi obyektə qarşı bir sıra zərbələr endirib. Bundan əlavə, buradakı hərbi kompleksə də zərbə endirilib”, - deyə məlumatda bildirilir.

Yusif EYVAZLI