Qərb Ukraynaya ilk F-16-ları vermək niyyətindədir

 23:42 23.01.2024     190

Qərb 2024-cü ildə ilk F-16 qırıcı-bombardmançı təyyarələrini və onlara xidmət göstərəcək avadanlıqları Ukraynaya təhvil verməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander deyib.

“Biz koalisiya olaraq çalışırıq... Biz Ukraynanın 2024-cü ildə F-16 proqramı üçün ilkin əməliyyat hazırlığını hədəfləyirik.

Bu, aviasiya təlimi, platformalar və əlavə olaraq, texniki hazırlığı, infrastruktur və ehtiyat hissələri, döyüş sursatı - Qərb koalisiyasının cavabdeh olduğu bütün komponentləri əhatə edəcək”, - Pentaqonun sözçüsü bildirib.

O, məsələ barədə Kiyevə silah və hərbi texnikanın tədarükünü koordinasiya etmək üçün təmas qrupunun iclasından sonra xüsusi brifinqdə danışıb.