"Ukraynaya yardım yoxsulluğa və ölümə səbəb olur"
"Ukrayna uduzur, əks-hücum uğursuzluğa düçar oldu, ona kömək etmək ancaq yoxsulluq və ölümlə nəticələnir".
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu fikri özünün teleqram kanalında Slovakiya Milli Şurasının (parlament) vitse-spikeri, sosial demokrat Lubos Blaha bildirib.
"Rusiya heç vaxt Krımı və Donbası tərk etməyəcək", - deyə Blaha yazıb.
Onun sözlərinə görə, Ukrayna cəbhədə “bir millimetr belə” irəliləyə bilmədi.
Həmidə İBRAHİMLİ