Bayden Trampı rəqibi kimi tanıdı
ABŞ-ın hazırkı prezidenti Co Bayden keçmiş Amerika lideri Donald Trampı 2024-cü il prezident seçkilərində Respublikaçıların gələcək namizədi kimi tanıyıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Ağ Ev rəhbəri Nyu-Hempşir ştatında keçirilən praymerizin nəticələri ilə bağlı verdiyi açıqlamada “İndi aydın oldu ki, Tramp Respublikaçılar Partiyasının namizədi olacaq” deyib.
NƏRGİZ