Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı - 65 ukraynalı əsir öldü - YENİLƏNİB

 13:40 24.01.2024     404

Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, Rusiya MN-dən verilən açıqlamada bildirilib ki, bu gün saat 11.00 radələrində Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb.

Qeyd olunub ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.

***

13:08

Rusiyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 63 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rəsmi qurumlar məlumatı hələ ki təsdiqləməyib.

***

Rusiyanın İl-76 hərbi təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, hazırda hadisə yerində xilasedicilər işləyir.

Hadisənin səbəbi və nəticələri araşdırılır.

Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Belqoroda hücum edib.

Vumart və Güvən reklamı Vumart Güvən