Ermənistanda Aİ monitorinq missiyasının statusuna dair saziş müzakirə ediləcək

 13:49 24.01.2024     206

Ermənistan hökuməti Avropa İttifaqının (Aİ) monitorinq missiyasının statusuna dair sazişin ratifikasiyası məsələsini müzakirə edəcək.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bu məsələ Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, İrəvan və Brüssel arasında Avropa İttifaqının Azərbaycanla sərhəddəki müşahidə missiyasının statusu barədə saziş 2023-cü il noyabrın 20-də imzalanıb. Sazişi Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Avropa İttifaqının Ermənistandakı diplomatik missiyasının rəhbəri Vasilis Maraqos imzalayıb. Sənəd Aİ-nin Ermənistandakı missiyasının hüquqi statusunu tənzimləyir.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhəddindəki Aİ missiyası fevral ayından iki ölkə sərhədində monitorinq həyata keçirir.