Kremldən Türkiyənin qərarına REAKSİYA

 14:13 24.01.2024     230

Türkiyə parlamentinin İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi Ankaranın suveren qərarıdır və üstəlik, onun müttəfiqləri qarşısında öhdəlikləri var.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Türkiyə hələ də Şimali Atlantika Alyansının üzvüdür” deyən Peskov xatırladıb: “Bu, tamamilə açıq bir faktdır, Ankaranın öz öhdəlikləri var, bu ittifaqla bağlı öz danışıqlar prosesi var”.

"Bu, Türkiyənin suveren qərarıdır", - Kreml sözçüsü vurğulayıb.

İsveç 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə alyansın hazırkı üzvü kimi Ankaraya müdafiə təyinatlı məhsulların tədarükünə qoyulan embarqonun aradan qaldırılmasını, həmçinin terrorla mübarizədə əməkdaşlığı təsdiqləmək üçün şərt qoyub. Bəzi qarşılıqlı iddialara baxmayaraq, 2023-cü ilin oktyabrında İsveçin NATO-ya üzvlüyünü təsdiq edən qanun layihəsi Türkiyə parlamentinə təqdim edilib.

Türkiyə Prezidenti parlamentin qərarını təsdiqlədikdən sonra belə, İsveç NATO üzvü olmayacaq: onun alyansa qoşulması hələ ki, digər üzv Macarıstan tərəfindən təsdiqlənməyib.

Turan İSMAYIL