“Hərbi əsirləri daşıyan təyyarə 3 raketlə vurulub” - VİDEO
“Hərbi əsirləri daşıyan İl-76 təyyarəsi Belqorod vilayətində 3 raketlə vurulub”.
Redaktor.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov deyib.
Onun sözlərinə görə, təyyarə ya “Patriot”, ya “IRIS T” zenit-raket komplekslərinin raketləri ilə vurulub: “Ukrayna rəhbərliyi planlaşdırılan mübadilə barədə bilirdi. Ölkə əsirlərin necə aparılacağı barədə məlumatlandırılmışdı, lakin təyyarə ya “Patriot”, ya da Almaniya istehsalı “IRIS T” raketləri ilə vurulub. Bunu mütəxəssislər ayırd edəcəklər”.
Kartapolov, həmçinin qeyd edib ki, vurulan təyyarənin ardınca daha 80 əsiri daşıyan başqa bir İl-76 təyyarəsi gedirmiş. Sözügedən təyyarə vaxtında geri qaytarılıb.