"Ukrayna terrorçu dövlət kimi tanınmalıdır" - Rusiya

 15:38 24.01.2024     243

Dövlət Dumasının deputatları Ukraynanın terrorçu dövlət kimi tanınması ilə bağlı işə başlamalıdırlar.

Redaktor.az xəbər verir ki, bu fikri Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov palatanın plenar iclasında Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğramasını şərh edərkən deyib.

“Ukraynanın terrorçu dövlət, onun hakim rejiminin isə terror təşkilatı kimi tanınması tezisinə qayıtmağın vaxtı çatıb”, – Kartapolov bildirib.

Bu təklifi Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski də dəstəkləyib. “Mən özüm bu barədə dəfələrlə danışmışam – Kiyev rejimi terrorçu, Ukrayna Prezidenti Volodimir Zelenskinin bütün qruplaşması “terrorçu hüceyrə” kimi tanınmalıdır”, - Slutski Telegram kanalında qeyd edib.

NƏRGİZ