"Ukraynalı ailələr məhbuslarını Rusiyadan almayıblar"
Belqorod yaxınlığında vurulan İl-76 hərbi təyyarəsinin rus pilotları qəhrəmandır.
Redaktor.az xəbər verir ki, bunu Telegram kanalında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Pilotlarımıza xoş xatirələr. Onlar qəhrəmandırlar. Ukraynalı ailələr məhbuslarını Rusiyadan almayıblar”, – siyasətçi yazıb.
Qeyd edək ki, təyyarə qəzası bu gün Belqorod səmasında baş verib. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında Koroçanski rayonuna getdiyini açıqlayıb. Rusiya sərhəd bölgəsinin rəhbəri izah edib ki, hazırda orada xilasedicilər və müstəntiqlər işləyir. O, başqa heç bir məlumat verməyib.
Daha sonra Rusiya Müdafiə Nazirliyi hadisəni təsdiqləyib. Departamentin məlumatına görə, təyyarənin göyərtəsində 6 ekipaj üzvü, Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 əsgəri, həmçinin 3 nəfər müşayiətçi olub. Onlar mübadilə üçün daşınırlarmış.
NƏRGİZ