Ərdoğan Rəisi ilə görüşdü - Yenilənib

 16:49 24.01.2024     410

Türkiyə və İran Prezidentləri arasında ikitərəfli görüş keçirilib. 

***

İran Prezidenti İbrahim Rəisi Türkiyəyə rəsmi səfər edib.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, İran Prezidenti səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq, eləcə də Türkiyə-İran Yüksəksəviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək. 

İki ölkə liderinin görüşü zamanı Qəzzadakı son vəziyyətlə yanaşı, İraq, Suriya, Cənubi Qafqaz, Əfqanıstan və Ukrayna ilə bağlı bir sıra məsələlər müzakirə ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən