Ruslar Bryanskda daha bir Ukrayna pilotsuz təyyarəsini vurdu
Rusiyanın hava hücumundan müdafiə sistemləri Bryansk vilayəti üzərində daha bir Ukrayna pilotsuz uçan aparatını vurub.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
“Yanvarın 24-də axşam saat 22 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə aviasiya tipli pilotsuz uçuş aparatından istifadə etməklə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb, növbətçi hava hücumundan müdafiə sistemləri Bryansk vilayətinin ərazisi üzərində daha bir pilotsuz uçuş aparatını məhv edib”, - nazirlikdən bildiriblər.
Regionun qubernatoru Aleksandr Boqomaz da öz Telegram kanalında pilotsuz təyyarənin məhv edilməsi barədə yazıb. “Hər hansı xəsarət və dağıntı olmayıb”, o qeyd edib.
Turan İSMAYIL