İraq və Suriyada ABŞ-nin üç hərbi bazasına hücum edildi

 23:47 24.01.2024     342

İraqın İslami Müqaviməti adlı şiə hərəkatı ABŞ-nin İraq və Suriyadakı üç hərbi bazasına hücum etdiyini açıqlayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında yerləşdirilmiş mesajda deyilir.

Mətnə görə, İraqın Ənbar əyalətində, Ərbil beynəlxalq hava limanının ərazisində (İraq Kürdüstanının inzibati mərkəzi – İraqın şimalındakı muxtar bölgə) və Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağının ərazisindəki bazalara hücum edilib. Şiələrin raket və pilotsuz təyyarələrdən istifadə etdiyi iddia edilir. Hücumların nəticələri barədə məlumat verilmir.

Şiə hərəkatı daha əvvəl ABŞ-a Suriya və İraqda silahlı əməliyyatların sayını artıracaqları barədə xəbərdarlıq etmişdilər, çünki “Amerikanın düşməni Qəzza zolağında və Livanın cənubunda dinc sakinləri qətlə yetirən İsrail ordusuna hərbi yardım göstərməkdə davam edir”.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən