Deputatın rəis oğlu işdən çıxarılacaq
Ermənistanda hakim partiya olan “Mülki müqavilə”nin deputatı Qaqik Melkonyanın oğlu, İrəvandakı istintaq təcridxanasının rəisi vəzifəsini tutan Arman yaxın günlərdə işdən çıxarılacaq.
Redaktor.az xəbər verir ki, bunu "Hraparak" yazıb.
Qərar Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyanın anası ilə görüşünə icazə verilən məlum insidentdən sonra verilib.
Konkret tarix bəlli deyil.