"İnsanlar küçədə mənə sataşır, onları izlədiyimi bildirir" - Bill Qeyts
“Microsoft”un qurucusu Bill Qeyts küçələrdə insanların ona sataşmasına səbəb olan, özü ilə bağlı bir sui-qəsd nəzəriyyəsi barədə danışıb.
Redaktor.az xəbər verir ki, bu barədə “metro” məlumat yayıb.
The Rest Is Politics podkastında danışan Qeyts bildirib ki, son vaxtlar ən populyar şayiələr ABŞ sakinlərinin onun da iştirak etdiyi iddia edilən peyvəndlərdən istifadə edərək geniş şəkildə çipləşdirilməsi ilə bağlı olub. "İnsanlar küçədə yanıma gəlib - bu bir neçə dəfə olub - və deyiblər ki, mən onları çipləşdirmişəm və indi onları izləyirəm".
Qeyts onu da xatırladıb ki, bəzi sui-qəsd nəzəriyyəçilərinin fikrincə, COVID-19 pandemiyasını məhz bu səbəbdən təşkil etmişəm. Başqa bir nəzəriyyə iddia edir ki, Qeyts amerikalıları aclıqdan öldürmək üçün ABŞ-ın əkin sahələrinin çoxunu alıb.
Microsoft qurucusu etiraf edib ki, o, həqiqətən də münbit torpaq alıb, lakin onun sahəsi ümumi ərazinin dörd mində birini təşkil edir.
NƏRGİZ