"Montrö Konvensiyasına əməl edilir, mövqeyimizdə heç bir dəyişiklik yoxdur"

 11:16 25.01.2024     182

Türkiyənin hərbi gəmilərin Qara dənizə girməsinin qarşısının alınması ilə bağlı mövqeyi dəyişməyib.

Redaktor.az "lenta.ru"ya istinadən bildirir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbəsi əmin edib.

“Mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Montrö Konvensiyasına əməl edilir”, - mənbə bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı Pentaqonun Qara dənizdə gəmiçilik məsələsini araşdırmaq qərarı barədə danışıb. Onun sözlərinə görə, ABŞ Türkiyə hakimiyyətinə hərbi gəmilərin bölgəyə daxil olması qaydalarını dəyişdirməyə nail ola bilməyəcək.

NƏRGİZ