İl-76-nın qara qutuları hərbi laboratoriyaya təhvil veriləcək - YENİLƏNİB
Vurulan İl-76-nın qara qutuları şifrənin açılması üçün hərbi laboratoriyaya təhvil veriləcək.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə əməliyyat xidmətlərindən məlumat verilib.
"İlkin məlumatlara görə, hər iki registratorun vəziyyəti onların şifrəsini açmağa imkan verir. Onlar cümə günü xüsusi reyslə Müdafiə Nazirliyinin xüsusi laboratoriyasına çatdırılacaq və orada onların şifrəsi açılacaq", - agentliyin həmsöhbəti bildirib.
***
11:50
Dünən Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76 təyyarəsinin hər iki qara qutusu tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Hər iki qara qutu aşkar edilib - uçuş parametrlərini qeyd edən cihaz və səs yazan", - nümayəndə bildirib.
O qeyd edib ki, uçuş qeydləri təyyarənin arxa hissəsində yerləşdirilib. Aşkarlanan qara qutular müstəntiqlərə təhvil verilib
Xatırladaq ki, ötən gün Rusiyanın Belqorod vilayətində göyərtəsində ukraynalı əsirləri daşıyan “İl-76” təyyarəsi qəzaya uğrayıb. Ən son məlumata görə, hadisə zamanı 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi həlak olub. Rusiya təyyarənin Ukrayna ordusu tərəfindən vurulduğunu iddia edir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev məhbusların dəyişdirilmək üçün gözlənilən daşınmasını yaxşı bilirdi, bunun çərşənbə günü baş tutmalı idi (hər hansı formatda olub-olmayacağı, hələlik məlumat yoxdur). Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İl-76-nın qəzaya uğraması Kiyevlə ən azı bir növ razılaşmanın mümkünlüyü ilə bağlı böyük sual yaradır.
NƏRGİZ