Litva müdafiə xərcləri üçün əhalidən borc götürmək istəyir
Litvada müdafiə xərclərini maliyyələşdirmək üçün əhalidən borc almaq istəyiblər.
Redaktor.az xəbər verir ki, bunu Litva Seyminin (Parlamentinin) sədri Viktoriya Çmilite-Nielsen deyib.
O qeyd edib ki, Litvanın siyasi partiyalarının nümayəndələrinin əksəriyyəti belə bir ideyanı dəstəkləyiblər. Çmilite-Nielsen, "Belə bir qərarda mən dövlətimə inam elementi görürəm, bu son dərəcə vacibdir" deyib.
İqtisadiyyat və İnvestisiya Naziri Auşrine Armonaite, müdafiə krediti istiqrazlarının köməyi ilə ölkənin müdafiəsini maliyyələşdirmək üçün sakinlərin cəlb edilməsini təklif edib. Seymin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Laurinas Kaçiunasın sözlərinə görə, yaxın 6-7 ildə ölkənin müdafiə kompleksinə əlavə 500 milyon avro lazımdır.
NƏRGİZ