Ukrayna əsirlərin öldüyü qəza ilə bağlı cinayət işi başlatdı

 13:54 25.01.2024     231

Ukraynanın Təhlükəsizlik Xidməti Rusiyanın Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başladıb.

Redaktor.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun Mətbuat xidməti yayıb. 

Məlumata görə, cinayət işi Ukrayna Cinayət Məcəlləsinin “müharibənin qayda və adətlərini pozmaq” maddəsi əsasında başladılıb. 

Bildirilir ki, hazırda Ukrayna TX təyyarənin qəzaya uğramasının aydınlaşdırılması üçün kompleks tədbirlər həyata keçirir. 

Xatırladaq ki, yanvarın 24-ü Rusiyanın Belqorod vilayətində göyərtəsində ukraynalı əsirləri daşıyan İl-76 təyyarəsi qəzaya uğrayıb. Ən son məlumata görə, hadisə zamanı 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi həlak olub. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov təyyarənin 3 raketlə vurulduğunu iddia edib. Rusiya təyyarənin Ukrayna ordusu tərəfindən vurulduğunu iddia edir.