"Bizə elə gəldi ki, əsas şey pulun olmasıdır, lakin..." - Paşinyan

 16:00 25.01.2024     220

Dövləti inkişaf etdirməyin, dövləti qoruyub saxlamağın nə demək olduğunu, ümumiyyətlə dövlətin nə demək olduğunu öyrənməliyik.

Redaktor.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 25-də hökumətin iclasında deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanın pulu var, amma ölkəyə lazım olan səviyyədə məktəb, xəstəxana tikmək mümkün deyil. Ermənistan məktəblər tikməyi və saxlamağı öyrənməli, tibb müəssisələri tikməyi, yollar çəkməyi öyrənməlidir: “Bizə elə gəldi ki, əsas şey pulun olmasıdır və biz bütün digər məsələləri həll edəcəyik. Lakin bu doğru deyil. Əgər yol çəkilirsə, bilməliyik ki, nə vaxtsa əlavə tikinti işləri aparılmamalıdır. Eyni şey məktəblərə və uşaq bağçalarına da aiddir”, - Paşinyan qeyd edib.

NƏRGİZ