Türkiyə Rusiyaya 19 ton yumurta göndərdi

 16:46 25.01.2024     186

2024-cü ilin əvvəlindən Türkiyə ixracatçıları Rusiyaya ümumilikdə 1,5 milyon qida yumurtası idxal edib.

Redaktor.az xəbər verir ki, bu rəqəmi "Prime" Rosselxoznadzor analitiklərinin statistik məlumatlarına istinadən açıqlayıb.

Üstəlik, yanvarın 25-də Rusiya bu məhsulların daha bir partiyasını Türkiyədən alıb. Toyuq yumurtaları Yaraq-Kazmalyar keçid məntəqəsindən gəlib. Söhbət ümumi həcmi 19 ton olan 316,8 min ədəd partiyadan gedir. 

Qeyd edək ki, Azərbaycan Rusiya bazarına toyuq yumurtasının daha bir əsas tədarükçüsünə çevrilib. Bu ölkənin ixracatçıları yanvarın 22-dək Rusiya Federasiyasına 3,6 milyon yumurta göndəriblər. Bu məhsulların idxalının artması əsasən Rusiya hökuməti tərəfindən 2024-cü il yanvarın 1-dən iyunun 30-dək 1,2 milyarda qədər toyuq yumurtasının idxalı üçün rüsumsuz mexanizmin yaradılması sayəsində mümkün olub. Bu tədbir daxili bazarda pərakəndə satış qiymətlərinin sabitləşməsi üçün tətbiq edilib.

NƏRGİZ