Malatyada güclü ZƏLZƏLƏ
Türkiyənin Malatya şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb.
Zəlzələ Kahramanmaraş, Adıyaman, Qaziantep və Mardində də hiss edilib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.