Amazonda baş verən fəlakətli quraqlığın səbəbi məlum oldu

 19:14 25.01.2024     229

2023-cü ildə Amazonda baş verən və regionda çayların səviyyəsinin rekord dərəcədə azalmasına səbəb olan fəlakətli quraqlığın əsas səbəbi insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmədir. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu klimatoloqlar aşkar ediblər.

Həm iqlim dəyişikliyi, həm də El Nino təxminən eyni dərəcədə yağışın azalmasına kömək edib. Lakin daha yüksək qlobal temperatur quraqlığın əsas səbəbi olub. Yağıntıların azalması daha isti şəraitlə birləşib, bu da bitkilərdən və torpaqdan nəmin buxarlanmasına səbəb olub.

Alimlər qeyd ediblər ki, iqlim dəyişməyə davam edərsə, az yağıntı və yüksək temperaturun birləşməsi daha da adi hala çevriləcək. Quraqlıq tarixin ən isti ili hesab edilən ildə baş verib.

Yusif EYVAZLI