ABŞ Qara dəniz regionunda təhlükəsizlik strategiyası hazırlamağa BAŞLADI
ABŞ Qara dəniz regionunda təhlükəsizliyi təmin etmək üçün strategiya hazırlamağa başlayıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
Onun sözlərinə görə, amerikalı qanunvericilər ABŞ prezidenti Co Bayden administrasiyasından bu sahədə daha diqqətli strategiya tələb edirlər.
"Biz artıq bu prosesə başlamışıq. Hələ bu həftə mən Türkiyə və digər sahilyanı dövlətlərlə gələcəkdə strategiyanın gücləndirilməsini müzakirə etmək üçün görüşlər keçirdim. Bunun üzərində işləyəcəyik", - O'Brayen bildirib.
Yusif EYVAZLI