Trampın keçmiş köməkçisi həbs EDİLDİ

 22:29 25.01.2024     212

Vaşinqton məhkəməsi ABŞ-ın əvvəlki prezidenti Donald Trampın administrasiyası dövründə Ağ Evin Milli Ticarət Şurasının rəhbəri vəzifəsində çalışmış Piter Navarronu Konqresə hörmətsizlik etdiyi üçün 4 ay həbs cəzasına məhkum edib. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bundan əvvəl münsiflər heyəti Navarronu 2021-ci ilin əvvəlində Kapitoliya hücumunun halları ilə bağlı araşdırma çərçivəsində ABŞ konqresmenlərinin suallarına cavab verməkdən imtina etdiyinə görə ABŞ Konqresinə hörmətsizlikdə təqsirli bilib. Qanunvericilərin çağırış dinləmələrində iştirak etmək tələblərinə əməl edilməməsi Birləşmiş Ştatlarda Konqresə hörmətsizlik hesab olunur. Navarro iki maddə üzrə təqsirli bilinib, onların hər biri bir ilə qədər həbs cəzasına məhkum edilib.

Cümə axşamı hakim Trampın keçmiş köməkçisini 4 ay həbs cəzasına məhkum edib və ona 9500 dollar cərimə ödəməyə qərar verib.Prokurorlar Navarro üçün 6 ay həbs cəzası istəyiblər.

Yusif EYVAZLI