Türkiyə İsveçin NATO-ya daxil olmasını TƏSDİQLƏDİ

 23:19 25.01.2024     195

Türkiyə İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, müvafiq qanunun mətni rəsmi hökumət qəzeti Resmi Gazetenin əlavə sayında dərc olunub.

“2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “İsveç Krallığının Şimali Atlantika Müqaviləsində iştirakı haqqında Protokol”un təsdiq edilməsi məqsədəuyğun hesab edilir. Qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu qanunun müddəaları Prezident tərəfindən təmin edilir”, - mətndə deyilir.

Yusif EYVAZLI