Türkiyədə ağır yol qəzası - 6 ölü var

 09:47 26.01.2024     192

Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası olub. Hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə şəhərin valisi Meftun Dallı məlumat verib.

O qeyd edib ki, hadisə nəticəsində 33 nəfər yaralanıb.

Məlumata görə, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan 3-nün durumunun ağır olduğu bildirilib.