Qadın qar fırtınasının otrasında uşaq dünyaya gətirdi

 10:32 26.01.2024     250

Amerikalı qadın Nyu Cersi ştatının Sparta qəsəbəsində qar fırtınasının ortasında qız uşağı dünyaya gətirib.

Redaktor.az bu barədə WABC-TV-ə istinadən xəbər verir.

Axşam saatlarında Stefani həyat yoldaşı Tayler ilə birlikdə maşında gedərkən doğuş sancısı keçirib. Onlar qış fırtınası zamanı yolun kənarında dayanaraq polisi köməyə çağırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları zəngə bir dəqiqə ərzində cavab veriblər.

Tezliklə gözləyən valideynlərin yanına polis zabiti Kristofer Botta gəlib və uşağın boynuna göbək bağının dolanıb-dolanmadığını yoxlayıb və körpənin dünyaya gəlməsinə kömək edib. 

Bir müddət sonra ana və uşağın yanına təcili yardım gəlib. Onları Tibb Mərkəzinə aparıblar. Hazırda ana və uşağın vəziyyəti yaxşıdır.

NƏRGİZ

Vumart və Güvən reklamı Vumart Güvən