"Amerika casus peyki Rusiya və Çin üçün "yağlı, şirəli hədəflərə” çevriləcək" - Kəşfiyyatçı

 10:50 26.01.2024     186

Rusiya və Çin hərbi strateqləri hesab edirlər ki, ABŞ-ın kəşfiyyat peykləri Pentaqonun əsas zəif yeridir.

Redaktor.az xəbər verir ki, bu sözləri Amerikanın keçmiş kəşfiyyatçısı Rebekka Koffler Amerikanın "Fox News" telekanalı üçün yazdığı məqalədə deyib.

"Çin və Rusiya hərbi strateqləri təxminən dörddə bir əsr ərzində ABŞ ordusunun Kosovo, İraq, Əfqanıstan, Liviya və Suriyadakı münaqişə bölgələrindəki taktikasını müşahidə ediblər. Onlar öyrəndilər ki, Amerikanın üstün kosmos imkanları həm də onların Axilles dabanıdır, çünki ABŞ ordusu onlardan demək olar ki, tamamilə asılıdır” -o deyib.

Koffler həmçinin ABŞ Strateji Komandanlığının keçmiş rəhbəri general Con Hytenin qiymətləndirməsinə istinad edərək bildirib ki, ABŞ-la böyük silahlı münaqişə baş verərsə, bir qrup Amerika casus peyki Rusiya Federasiyası və Çin üçün “böyük, yağlı, şirəli hədəflərə” çevriləcək.

Turan İSMAYIL