Qərb Ukraynanın bu cinayətinə şərik olacaq - Polyanski

 13:37 26.01.2024     185

Belqorod vilayəti üzərində Rusiyanın İl-76 təyyarəsinin vurulmasında ABŞ və ya Almaniyanın yer-hava raket sistemlərindən istifadə edilməsi təsdiqlənərsə, Qərb dövlətləri Kiyev hökumətinin törətdiyi bu cinayətə şərik olacaq.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

“İlkin istintaqa görə, Ukrayna bu terror aktını zenit-raket kompleksindən istifadə etməklə həyata keçirib. Raketlər Xarkov vilayətindən buraxılıb. İl-76 təyyarəsinin ABŞ-ın “Patriot”u, ya da Almaniya istehsalı olan İRİS-T raketləri ilə vurulması ehtimal olunur”, - rusiyalı diplomat bildirib.

Qeyd edək ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.