Rusiyada yumurta istehsalı artdı
2023-cü ilin sonunda Rusiyada yumurta istehsalının ümumi həcmi 2022-ci illə müqayisədə 1,8 faiz artaraq 38,056 milyard ədəd səviyyəsinə çatıb.
Redaktor.az “Praym”a istinadən xəbər verir ki, bu barədə Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatlarında yazılıb.
Eyni zamanda, dekabrda ölkədə yumurta istehsalının həcmi, əksinə, bir qədər azalıb - 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz və 3,212 milyard ədədə düşüb.
Ekspertlərin fikrincə, Rusiyada yerli toyuq yumurtası istehsalının artırılması və bu məhsulların xaricdən idxalının artması 2023-cü ildə maya dəyəri 61,35 faiz artdıqdan sonra bu məhsulların qiymətləri ilə bağlı vəziyyəti sabitləşdirməyə kömək edəcək. Eyni zamanda, normallaşma artıq bu ay başlayıb.
Bundan əvvəl Rosstat yanvarın 10-dan 15-dək Rusiyada toyuq yumurtasının maya dəyərinin 0,2 faiz azaldığını bildirmişdi. Analitiklər altı ayda ilk dəfə belə dinamikanı qeydə alıblar. Yanvarın 16-dan 22-dək yumurtanın ucuzlaşması davam edib. Bu dövrdə qiymət azalması 1,4 faiz olub.
Qeyd edək ki, Rusiyada yumurta çatışmazlığı səbəbindən Azərbaycan və Türkiyədən Rusiya bazarına tonlarla yumurta ixrac olunur.
NƏRGİZ