Rusiyada şəhər susuz və işıqsız qaldı

 19:40 26.01.2024     232

Altay diyarının Biysk şəhərinin sakinləri boru kəmərində baş vermiş qəza nəticəsində susuz və işıqsız qalıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə sakinlər sosial şəbəkələrdə yazıblar.

Rəhbərlikdən bildirilib ki, su təchizatı şəbəkələrində boru kəməri zədələnib və nəticədə şəhərin böyük hissəsi su itkisinə səbəb olub. Qəzanın bir gün ərzində aradan qaldırılacağı gözlənilir.

Yusif EYVAZLI