Vaşinqtonda cinayətlərin sayı artır - Nazirlik hərəkətə keçəcək
ABŞ Ədliyyə Nazirliyi 2023-cü ildə paytaxtda cinayətkarlığın artması ilə əlaqədar əlavə tədbirlər görmək niyyətindədir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü idarənin yaydığı məlumatda deyilir.
ABŞ-ın baş prokuroru Merrik Qarland qeyd edib ki, “Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi də daxil olmaqla, görüləsi çox iş var”. ABŞ Ədliyyə Departamentinin rəhbəri “paytaxtda zorakılıq cinayətlərinin sayının artması” fonunda “əlavə hüquq-mühafizə resursları cəlb edəcəyinə” söz verib. Hakimiyyət xüsusilə Vaşinqtonda cinayətkarlıqla mübarizəyə odlu silahdan qeyri-qanuni istifadə və avtomobil oğurluğu ilə mübarizə üçün ixtisaslaşmış qrup cəlb etmək niyyətindədir.
Bu ayın əvvəlində Amerika paytaxtının polis məlumatlarına görə, son bir ildə şəhərdə cinayətlərin sayı xeyli artıb. 2022-ci ildə Vaşinqtonda 203, 2023-cü ildə 274, 35% artımla qətl hadisəsi baş verib. 2022-ci ildə Vaşinqtonda 2076, 2023-cü ildə 3470 (artım 67%) oğurluq hadisəsi qeydə alınıb. Avtomobil oğurluqlarının sayı 82 faiz artıb. 2022-ci ildə 3756, 2023-cü ildə 6829 nəfər olub.
Paytaxtda zorakılıq cinayətlərinin sayında ümumi artım 39% təşkil edib. 2022-ci ildə 3850, 2023-cü ildə 5336 cinayət törədilib.2022-ci ildə şəhər üzrə cinayətlərin ümumi sayı 27305, 2023-cü ildə 34414 (artım 26%) olub.
Turan İSMAYIL