Qvatemalada 6,1 bal gücündə zəlzələ baş verdi

 10:37 27.01.2024     190

Qvatemalada 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 103 min insanın yaşadığı Eskuintla şəhərindən 36 km cənub-şərqdə yerləşib. Episentr 108 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Turan İSMAYIL