3 avropa ölkəsi İranın orbitə peyk çıxarmasını qınadı

 13:58 27.01.2024     327

İngiltərə, Fransa və Almaniya JCPOA kimi tanınan nüvə razılaşmasının avropalı üzvləri olaraq, İran tərəfindən “Soraya” peykinin orbitə buraxılmasını pisləyən birgə bəyanat yayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bildirilib.

Bəyanatda xatırladılıb ki, bərk yanacaqlı “Qaim 100” daşıyıcısı və orbitə çıxarılan “Soraya” peykində İranın uzaqmənzilli ballistik raket texnologiyasından istifadə edilib:

“Bu cür buraxılışlar İrana ballistik raket proqramını daha da inkişaf etdirmək üçün istifadə edə biləcəyi texnologiyaları sınaqdan keçirməyə imkan verir ki, bu da regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır”.

Qeyd edək ki, İran "Soraya" peykini bu ilin yanvarın 20-də orbitə çıxarıb.