18 yaşlı idmançı məşq zamanı vəfat etdi

 14:21 27.01.2024     312

Rusiyanın Kirov vilayətində 18 yaşlı idmançı dünyasını dəyişib.

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, MMA döyüşçüsü sparrinq zamanı vafat edib.

Hadisə ilə bağlı ibtidai istintaq aparılır. Həmin şəxsin adı açıqlanmasa da, onun məşq vaxtı kəllə-beyin travması aldığı bildirilib.

Həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmayıb.