Türkiyədə 150 nəfərin işlədiyi zavodda yanğın başlayıb
Türkiyənin Mersin şəhərinin Tarsus rayonundakı qablaşdırma zavodlarından birində yanğın başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.
Məlumata görə, zavodda 150 nəfər işləyir.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Hadisənin səbəbi məlum deyil.