Qafqazda baş verən hər hadisəni diqqətlə izləyirik

 16:24 27.01.2024     250

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qafqazda baş verən hər hadisəni diqqətlə izlədiklərini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ərdoğan İzmir şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə dünyada baş verən bütün hadisələrə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə operativ reaksiya verir.

R.T.Ərdoğan söyləyib ki, rəsmi Ankara başqa dövlətlərin yox, öz millətinin iradəsi ilə addımlar atır.