Ukraynalıları daşıyan avtobus aşdı, 20 nəfər xəsarət aldı

 23:58 27.01.2024     203

Polşada Ukraynadan gələn sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, qəza səhər saat 4 radələrində Lyublin voyevodasının Qolubye kəndi yaxınlığındakı yolda baş verib. Avtobus döngədə yoldan çıxaraq aşıb. Qəza zamanı qar yağıb və yol buz bağlayıb.

Avtobusda 59 sərnişin və iki sürücü - hamısı Ukrayna vətəndaşları olub. Onlardan 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Avtobusda qalan sərnişinlər yaxınlıqdakı icma mərkəzinə aparılıb. Avtobus Odessa-Varşava marşrutu ilə hərəkət edirdi.

Ukrayna Xarici İşlər Nazirliyinin Polşadakı nümayəndəsi bildirib ki, qəza nəticəsində 20 ukraynalı yaralanıb. Yaralılara lazımi tibbi yardım göstərilir. (APA)