İran eyni vaxtda orbitə üç peyk buraxdı
İran eyni vaxtda orbitə üç peyk buraxıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.
“Mehda”, “Keyhan-2” və “Hatef-1” peykləri Semnan əyalətindəki İmam Xomeyni Kosmik Mərkəzində platformadan buraxılıb.
“Mehda” İran Kosmik Araşdırmalar Mərkəzi tərəfindən hazırlanıb sınaqdan keçirilmiş 32 kiloqramlıq tədqiqat peykidir. “Keyhan-2” və “Hatef-1” isə ölkənin Müdafiə Nazirliyi tərəfindən idarə olunan İran Elektron Sənayesi Şirkəti tərəfindən hazırlanmış nanopeykdir. Bu peyklərin çəkisi on kiloqramı keçmir.
Bundan əvvəl yanvarın 20-də “Soraya” peyki üç mərhələli raketlə Yer kürəsindən 750 kilometr yüksəkdə orbitə yerləşdirilib.