Hakan Fidan Albaniya, Bolqarıstan və Rumıniyaya səfər edəcək

 13:59 28.01.2024     250

Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 28-31-də Albaniya, Bolqarıstan və Rumıniyaya rəsmi səfər edəcək.

Redaktor.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Fidanın rəsmi səfərləri ilə bağlı yazılı açıqlama verib.

Bəyanatda Fidanın Albaniya, Bolqarıstan və Rumıniyaya səfər edəcəyi, görüşlərdə cari regional və qlobal hadisələrin, eləcə də ikitərəfli münasibətlərin müzakirə olunacağı bildirilib.

Açıqlamada nazir Fidanın səfərlər çərçivəsində türkiyəli iş adamları və Türkiyə ictimaiyyətinin nümayəndələri ilə də görüşəcəyi qeyd edilib.