İstanbulda kilsəyə hücum edənlərin hər ikisi saxlanıldı
İstanbulda kilsəyə silahlı hücum edən hər iki şəxs saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat verib:
“Bu səhər Sarıyer “Santa Maria” Kilsəsində bazar günü ayini zamanı Tuncer Cihan adlı vətəndaşımızı öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.
Hadisəni törədənləri müəyyən edib yaxalayan qəhrəman polislərimizi təbrik edirəm. Həyatını itirən vətəndaşımızın ailəsinə və yaxınlarına bir daha başsağlığı verirəm”.
Qeyd edək ki, İstanbulda katolik kilsəsində silahlı hücum olub.
Maskalı iki nəfər tərəfindən hədəf alınan C.T silahlı hücum nəticəsində həyatını itirib.