Putin Türkiyəyə bu tarixdə səfər edəcək

 11:29 29.01.2024     166

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri təxminən fevralda baş tuta bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı  Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, hər şey Rusiya və Türkiyə liderlərinin qrafikindən asılı olacaq. Koordinasiya diplomatik kanallar vasitəsilə aparılır.

Putin daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ilin əvvəlində görüşməyi planlaşdırdığını açıqlamışdı.