Falcon 10 təyyarəsinin pilotunun vəziyyəti ağırdır

 15:16 29.01.2024     196

Əfqanıstanda qəzaya uğrayan Falcon 10-un pilotu Dmitri Belyakov reanimasiyadadır.

Redaktor.az bu barədə “İzvestiya”ya istinadən xəbər verir.

Nəşrin məlumatına görə, yanvarın 28-i bazar günü səhər saatlarında Belyakovun vəziyyəti orta ağır, mənfi dinamika olmadan qiymətləndirilir. Əvvəllər ona kəskin miokard infarktı şəklində ürəyin işemik xəstəliyi diaqnozu qoyulmuşdu. Bundan əlavə, məlum olub ki, pilotda donma nəticəsində ayaqlarda trofik pozğunluqlar yaranıb.

Belyakov yanvarın 26-da ürək tutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Adamın vəziyyəti ağır olub, ürəyinin əzələ divarının bütün qalınlığı zədələnib. Yanvarın 27-də o, reanimasiyaya yerləşdirilib.

NƏRGİZ