Təyyarənin sərt enişi nəticəsində 6 nəfər xəstəxanalıq oldu
American Airlines sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib.
Redaktor.az bu barədə CNN-ə istinadən xəbər verir.
Hadisə Los-Ancelesdən Havay arxipelaqının Maui adasına uçan təyyarədə baş verib. Bildirilir ki, Kahului hava limanında sərt enişdən sonra bir sərnişin və beş stüardessa xəstəxanaya yerləşdirilib. Ümumilikdə laynerin göyərtəsində 167 sərnişin və 7 ekipaj üzvü olub.
American Airlines rəsmiləri bildiriblər ki, təyyarə texniki xidmət qrupu tərəfindən yoxlama üçün istismardan çıxarılıb: "Müştərilərimizin və komanda üzvlərimizin təhlükəsizliyi bizim əsas prioritetimizdir" deyə şirkət əlavə edib.
NƏRGİZ