Ata qızını huşsuz vəziyyətdə tapıb arvadının yanına işə apardı, uşaq öldü

 17:22 29.01.2024     240

Yekaterinburqda bir kişi iki yaşlı qızını huşsuz vəziyyətdə tapıb və təcili yardım çağırmaq əvəzinə onu iş yerində arvadının yanına aparıb.

Redaktor.az bu barədə Ural portalı E1.ru-ya istinadən xəbər verir.

Rayon prokurorluğunun nümayəndələri qızın evdə atası, böyük qardaşı və bacısı ilə birlikdə olduğunu qeyd ediblər. Uşaqlar oynayıb və televizora baxırıblar, valideyni isə yuxuya gedib. Onların anası həmin vaxt işdə olub.

“Ata oyananda uşağı huşsuz vəziyyətdə görüb. O, qızının üstünə üst paltar geyindirib və onu anasının iş yerinə aparıb, sonra valideynlər təcili yardım çağırıblar”, - idarədən bildiriblər.

Gələn həkimlər uşağı xilas edə bilməyiblər. Məktəbəqədər uşağın böyüdüyü ailə Rusiyada heç vaxt qeydiyyatda olmayıb.

Bəzi Telegram kanallarının məlumatına görə, valideynlər uşaqları ilə birlikdə Qırğızıstandan Yekaterinburqa köçüblər.

NƏRGİZ