21 gündən sonra İsrailin mərkəzində hava hücumu XƏBƏRDARLIĞI

 19:32 29.01.2024     187

İsrailin mərkəzində hava hücumu sirenləri səslənərək ölkənin ən sıx məskunlaşdığı bölgənin sakinlərini raket atəşi təhlükəsi barədə xəbərdar edib. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrailin mərkəzində sirenlər səslənib", - məlumatda deyilir.

Bu, Ordunun yanvarın 8-dən bəri ölkənin mərkəzində ilk hava hücumu xəbərdarlığıdır.

Yusif EYVAZLI